عائلهسینین یایدیغی خبر اساسیندا، چوخ تاسفله آذربایجان ملی نهضتینین تدقیقاتچیسی «محرم ایماز» مرداد آیینین اوچونجو گونو غربت اؤلکهده مهاجرتده ایکن وفات ائتمیشدیر.
آذربایجان ملی نهضتینین قوجامان یادگاری «محرم ایماز»، ایللرله تاریخی سندلری، مبارزلرین خاطیرهلرینی و بو نهضتله باغلی گؤرکملی شخصیتلرین حاققیندا معلوماتلاری توپلاییب یایماقلا، بو حرکتین صداقتلی تدقیقاتچیلارینین بیرینه چئوریلمیشدیر. اونون «ابراهیمی»لر عائلهسی؛ بیر نسلین افسانهسی» اثری، «ابراهیمی»لر عائلهسینه، خصوصیلهده آذربایجان ملی حکومتینین دادستانی «فریدون ابراهیمی»یه عاید سندلرین و خاطیرهلرین اوزون ایللر توپلانماسینین محصولودور. موللیف بو اثرده، «ابراهیمی»لر عائلهسینین حیات و مبارزهلرینی یئنیدن نظردن کئچیرمکله، او دؤرون تاریخی و خالقین مبارزهسی حاققیندا بیر چوخ حادثهلری سندلشدیرمیشدیر.
«محرم ایماز» تواضعکار، دقتلی، امانتدار و تاریخه ماراقلی بیر اینسان کیمی یاشادی. او اینانیردی کی دئموکراتیک حرکاتین تاریخی یادداشینی قوروماق، آزادلیق، اجتماعی عدالت و آذربایجان خالقینین میللی حقوقلاری اوغروندا مبارزهنین بیر حصهسیدیر. اونون آدی، آزادلیق، دئموکراتیا و اجتماعی عدالت ایدئیاللارینا صادق، متعهد بیر تدقیقاتچی و مبارز بیر اینسان کیمی عزیز قالاجاق. حؤرمتلی عائلهسینه، یولداشلاری و سئونلرینه باش ساغلیغی وئریریک. شرفلی خاطیرهسینه عشق اولسون!
«ایشیق» – آذربایجان ادبیات و اینجهصنعت سایتی
5/5/1405
Tədqiqatçı «Məhərrəm İmaz» (məhərrəm dayı) vəfat etdi
Ailəsinin yaydığı xəbər əsasında, çox təəssüflə Azərbaycan milli nəhzətinin tədqiqatçısı «Məhərrəm İmaz» mordad ayının üçüncü günü qürbət ölkəsində muhacirətdə ikən vəfat etmişdir.
Azərbaycan milli nəhzətinin qiymətli yadigarı «Məhərrəm İmaz», illərlə tarixi sənədləri, mübarizlərin xatirələrini və bu nəhzətlə bağlı görkəmli şəxsiyyətlərin haqqında məlumatları toplayıb yaymaqla, bu hərəkətin sədaqətli tədqiqatçılarından birinə çevrilmişdir. Onun «İbrahimilər ailəsi; bir nəslin əfsanəsi» əsəri, «İbrahimilər» ailəsinə, xüsusilə Azərbaycan milli hökumətinin dadistanı «Firidun İbrahimi»yə aid sənədlərin və xatirələrin uzun illər toplanmasının məhsulüdür. Müəllif bu əsərdə, «İbrahimilər» ailəsinin həyat və mübarizələrini yenidən nəzərdən keçirməklə, O dövrün tarixi və xalqın mübarizəsi haqqında bir çox hadisələri sənədləşdirmişdir.
«Məhərrəm İmaz» təvazökar, dəqiq, əmanətdar və tarixə maraqlı bir insan kimi yaşadı. O inanırdı ki, demokratik hərəkətin tarixi yaddaşını qorumaq, azadlıq, ictimai ədalət və Azərbaycan xalqının milli hüquqları uğrunda mübarizənin bir hissəsidir. Onun adı, azadlıq, demokratiya və ictimai ədalət ideallarına sadiq, mütəəhhid bir tədqiqatçı və mübariz bir insan kimi əziz qalacaq. Hörmətli ailəsinə, yoldaşlarına və sevənlərinə baş sağlığı veririk. Şərəfli xatirəsinə eşq olsun!
«Işıq» — Azərbaycan ədəbiyyat və incəsənət saytı
5/5/1405